AzTV-nin ölən rejissorunun şok səs yazısı… – Baş həkim

0
961

AzTV-nin əməkdaşı Samir Nemətzadə xəstəxanaya daxil olan zaman ağır vəziyyətdə olub.

Bunu açıqlamasındaa 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib. O bildirib ki, S.Nemətzadənin xroniki xəstəliyi olub və qan xəstəliyindən əziyyət çəkib:

“Biz əlimizdən gələn səyi göstərdik, lakin onun həyatını xilas edə bilmədik”.

Baş həkim mərhumun yayılan səs yazısına da münasibət bildirib:

“Samir Nemətzadə reanimasiya şöbəsində olub. Reanimasiya şöbəsində olan xəstə də tualetə getmir. Xəstəxanada su problemi yaşanmayıb. Bütün palatalarda isti və soyuq su var”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bununla bağlı araşdırma aparılır və ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə AzTV-nin əməkdaşı Samir Nemətzadənin xəstəxanada müalicə alan zaman ailəsinə göndərdiyi səs yazısı yayılıb. S.Nemətzadə xəstəxanada yer, tualet və su olmamasından, xəstələrə baxılmamasından şikayət edib.