Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin operatoru 74 yaşlı İmanov Abasağa koronavirusdan dünyasını dəyişib.
Bununla bağlı AzTV məlumat yayıb.
Bildirilib ki, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq bir aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib:
“Altı gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib.
AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk”.