
Azərbaycan televiziyasında yayımlanan iki proqramın yayımı başqa kanala transfer olunub.
“Evimizdə” və “Agent 001” verilişləri artıq Mədəniyyət TV-də efirə gedir.
Qeyd edək ki, “Agent 001” verilişinin aparıcısı Vüsal Hacıqədir, “Evimizdə” verilişinin aparıcısı isə Səbinə Özdür. Hər iki layihə AzTV-də 2019-cu ildən yayımlanırdı.