Azlıqda qalan “Liverpul” “Tottenhem” qarşısında qələbəni əldən verdi – VİDEO

0
246

İngiltərə Premyer Liqasında XVIII turun daha bir matçı keçirilib.

Turun mərkəzi oyununda “Tottenhem”lə “Liverpul” üz-üzə gəlib.

Londondakı qarşılaşmanın ilk hissəsində tərəflər hərəyə bir dəfə fərqlənib. Harri Keyn 13-cü dəqiqədə hesabı açıb. 35-ci dəqiqədə Dioqo Jota ilə hesabı bərabərləşdirən “qırmızılar” 70-ci dəqiqədə önə keçib. Müdafiəçi Endi Robertson fərqlənib. Lakin cəmi 4 dəqiqə sonra Xın Min Son oyunda son nöqtəni qoyaraq, status-kvonu bərpa edib – 2:2.

Robertson isə 77-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Qeydə alınan heç-heçə bu gün “Nyukasl” üzərində 4:0 hesablı qələbə qazanan lider “Mançester Siti”nin ikinci pillədəki “Liverpul”la xal fərqini 3-ə yüksəltməsinə səbəb olub. “Tottenhem” isə 26 xalla 7-ci yerdədir.

videoya aşağıdakı linkdən baxa bilərsiniz.

//baku.tv/az/dunyaa/48118/