“Azeri Light” bir gündə kəskin bahalaşdı

0
394

Azərbaycan neftinin qiyməti artır.

“Azeri Light” markalı neftin bir bareli 3,96 faiz və ya 2,02 ABŞ dolları qədər bahalaşıb.

Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 52,94 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum – 149,66 dollara satılıb.