Lüksemburqda keçirilən ATƏT PA-nın yekun plenar iclasında Assambleyanın rəhbər heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev yenidən və yekdilliklə 2022-ci ilədək bu vəzifəyə seçilib.
Səsvermənin nəticələri ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dövlətinin beynəlxalq arenada qazandığı böyük nüfuzun daha bir göstəricisidir.