“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbul şəhərinə uçuşları müvəqqəti dayandırır.
Bakı – Ankara – Bakı aviareysləri (J2 103/104) aprelin 29-dan mayın 13-nə qədər, Bakı – İstanbul – Bakı aviareysləri (J2 175/176) aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcək.
Bununla yanaşı, mayın 12-nə planlaşdırılan Bakı – Antalya – Bakı aviareysi (J2 125/126) də baş tutmayacaq.
Buna səbəb tələbatın az olmasıdır. Sərnişinlər aldıqları aviabiletləri “Türk Hava Yolları” şirkətinin reyslərinə dəyişə bilərlər. Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür.