“Azad edilmiş ərazilərdə 31 yaşayış məntəqəsinin təməli qoyulub”.
Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov deyib.
Onun sözlərinə görə, dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün əhalinin məşğulluq məsələlərinin həlli sahəsində uğurlu layihələr həyata keçirilir:
“Quruculuq müddətində burada 31 yaşayış məntəqəsinin təməli qoyulub. Məntəqələrdən 36-nın layihələndirilməsi yekunlaşıb, 37-si isə davam etməkdədir. Digər 19 yaşayış məntəqəsinin layihələndirilməsi işləri 2024-cü ildə başa çatacaq”.