“Azad edilmiş ərazilərə köçürülən əhalinin içməli su ilə təchizatında heç bir problem yoxdur”.
Bu barədə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.
O bildirib ki, hazırda Füzuli şəhərinin xarici su təchizat sistemləri qurulur.
“Burada mənbə, mənbədən şəhərə magistral kəmərin çəkilməsi, mənbədə anbarın tikintisi layihəsi icra olunur”, – deyə o qeyd edib.
Qeyd edək ki, bu günədək 3 mindən çox məcburi köçkün doğma yurduna qayıdıb.