“Tarif şurasının qərarı “Azərsu” ASC-nin mənfəət qazanmasına xidmət etməyəcək. Qurum 2021-ci ili də ziyanla başa vuracaq”.
Bu sözləri “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, bu, sırf qurumun dayanıqlı fəaliyyətinin təmin olunmasına hesablanıb:
“Bu, əhaliyə göstərilən xidmətin yaxşılaşdırılmasına, qurumun dövlət büdcəsindən ayrılan subsidiyalardan asılılığın azalmasına xidmət edəcək. Qurumun amortizasiyadan əvvəlki xərclərimizi tam ödəyəcək. Amma amortizasiya xərcləri nəzərə alınmaqla “Azərsu” ASC yenə də ziyanla işləyəcək.
Balansımızda kifayət qədər iri qurğular var və bunu nəzərə alsaq, qurum 2021-ci ili də ziyanla başa vuracaq”.