“Azərişıq”dan sərt karantin rejimi ilə bağlı açıqlama

0
417

“Azərişıq” ASC sərt karantin dövründə gücləndirilmiş iş rejimini davam etdirəcək.

Qurumdan bildirilib ki, əhalinin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görülüb. Qurumun əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyi vaxtdan gücləndirilmiş iş rejimində çalışır. Sərt karantin günlərində də istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün qəza xidmətləri minimum işçi sayı ilə öz vəzifələrini icra edəcəklər. Abonentlərdən hər hansı bir qəza halı yaranarsa 24 saat fasiləsiz fəaliyyət göstərən 199 Çağrı mərkəzi ilə əlaqə saxlamaları xahiş olunur.

İstehlakçılar pandemiya dövründə ödənişlərini onlayn qaydada, evdən çıxmadan həyata keçirə bilərlər. Bunun üçün “Azərişıq” ASC-nin rəsmi saytında (“azerishiq.az”) istənilən şəxs elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil olmaq mümkündür.