“Azərişıq”: Şuşa şəhərində 250-dən çox abonent qeydiyyatdan keçib

0
228

“Müharibədən dərhal sonra Prezidentin tapşırığına uyğun olaraq “Azərişıq” ASC Şuşa şəhərinə 37 günlük işimizin nəticəsi olaraq 2021-ci il yanvarın 7-də ilkin mərhələdə elektrik enerjisi ilə təmin etdi. Bundan sonra əsas göstəriş Şuşa şəhərində tələbata uyğun olaraq ən müasir şəbəkənin qurulması idi. Şuşa şəhərində elektrik şəbəkəsi əvvəlki vaxtlardan qalma 48 ədəd köhnə transfarmator məntəqəsindən ibarət idi. Bu şəbəkə dairəvi deyildi. “Azərişıq” Şuşa şəhərində yeni və çox müasir, tələbata uyğun olaraq 35/04 9 ədəd yeni yarımstansiyanın tikintisinə qərar verdi”.

Onun sözlərinə görə, artıq 6-sı tikilir və işlər yekunlaşmaq üzrədir. 3-ü isə növbəti mərhələdə inşa olunacaq:

“Şuşadakı rəqəmsal idarəetmə sistemi postsovet məkanında ilk dəfədir tətbiq olunur. Burdakı rəqəmsal idarəetmə mərkəzi ilə nəinki yüksək gərginlikli xətlər, eyni zamanda vətəndaşın evinə qədər olan elektrik axını nəzarətdə saxlanılır və elektrik enerji təsərrüfatı idarə olunur. Sayğacı şəbəkədən ayırmaq lazım gəldikdə ora nəzarətçinin getməsinə ehtiyac olmur. Monitor qarşısında oturan operator vasitəsilə sayğac şəbəkədən ayrılır və ya şəbəkəyə qoşulur. Eyni zamanda rəqəmsal idarəetmə mərkəzi vasitəsilə biz qəzaları öncədən müəyyənləşdirir, harda nasazlıq varsa, bunu öncədən bilir və qabaqlayıcı tədbir görürük. Bu mərkəz birbaşa Bakı şəhərinə qoşulub. Yəni mərkəzdən də buranı görmək və idarəetmək mümkündür.

Şuşada ənənəvi yerüstü xətlər artıq tarixə qovuşacaq. Çünki şəhərdə elektrik naqilləri beton tunellər vasitəsilə tamamilə yer altına keçirilir. Yeni şəbəkə izolyasiyalı kabellər vasitəsilə çəkilir. Abonentə qədər hər hansı dayaqdan istifadə olunmayacaq. Şuşa şəhəri dağlıq ərazidə yerləşdiyinə görə, hava şəraitinin qeyri-sabit olması, şaxtalı keçməsi ənənəvi naqillərdə bəzən qəzalara səbəb olur. Amma bu halda qəza demək olar sıfra yaxınlaşır. Bunun şəhərin estetik görünüşü baxımından da üstünlüyü var.

Bu vaxta qədər Şuşa şəhərində 250-dən çox abonent qeydiyyatdan keçib. Söhbət həm əhali, həm də qeyri-əhali abonentlərdən gedir. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə abonent sayımız 600-dən artıqdır və bu say getdikcə artır.

Burada şirkətlər fəaliyyət göstərir. Tək Şuşada yox, ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdə bu şirkətlərin işini asanlaşdırmaq üçün daim yeni enerji mənbələri yaradırıq, xətlərimizi yeniləyirik. Hazırda bizim Kəlbəcərdə və Laçın dəhlizində işlərimiz gedir. Laçında müvafiq qurumların binaları, hərbi hissələri elektrik enerjisi ilə təmin etmək üçün işlər aparırıq. Eyni zamanda Zəngilanda yeni hava limanını, Ağalı kəndini elektrik enerjisi ilə təmin etmək üçün işlərimiz gedir. Hardrutda və Füzulidə yeni yarımstansiyamız tikilir. İşğaldan azad edilmiş bütün rayon mərkəzlərindəki xüsusi dövlət əhəmiyyətli obyektlər bu gün Azərbaycan işığı ilə təmin olunur”.