“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

0
289

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Bunu  qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.

V.Aydınoğlunun sözlərinə görə, mövcud hava durumu ilə əlaqədar əlavə mal-material və texnika ayrılıb:

“Ötən gecədən başlayaraq, güclü küləklə müşaiyət olunan yağışlı hava “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisində olan Göyçay, Ağsu ,”Bakı” RETSİ-nin ərazisində olan Abşeron rayonunda elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaradıb.

Əməkdaşlarımızın operativliyi nəticəsində fasilələr qısa müddətdə aradan qaldırılıb. İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı kəsinti ilə əlaqədar 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.