“Azəriqaz”ın qaynar xəttinə niyə düşmək olmur? – Qurumdan CAVAB

0
216

Yasamal rayon sakinləri üzləşdikləri qaz problemi ilə bağlı qurumun qaynar xəttinə düşə bilmədiklərini deyirlər.

Bu barədə Yasamal rayon sakinləri şikayət ünvanlayıblar.

Sakinlər bildirirlər ki, qaynar xəttə zəng edirsən, sırada 30-cu olduğunu bildirirlər:

“Günün sonuna qədər isə növbənin çatıb-çatmayacağı məlum deyil”.

“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Eldəniz Əliyev cavab olaraq bildirib ki, qurumun qaynar xəttinə qəza ilə əlaqədar çoxsaylı zənglər gəlir:

“Azəriqaz” İstehsalat Birliyinin “104” və “185” Çağrı Mərkəzləri sutkanın müxtəlif vaxtlarında abonentlərin xidmətindədir. Bütün zəngləri qəbul edirlər. Növbədə 30-cu adam olması normaldır. Xətt yüklənir. Qış aylarında qaza tələbat artır. Buna görə də gələn zənglər də çoxalır”.