“Azəriqaz”ın direktoru Şabrandakı güclü yanğının fəsadlarından DANIŞDI

0
210

“Şabranın doqquz kəndində qaz təminatı dayandırılıb”.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Baş direktor bildirib ki, sayğacların yanması səbəbindən qaz təchizatı dayandırılıb.

“Qaz təchizatı ilə bağlı təhlükə yoxdur. Doqquz sayğac yandığına görə, həmin kəndlərin qaz təchizatı dayandırılıb. Minə yaxın abonent qazsız qalıb”.

Qeyd edək ki, bir neçə gündür Şabran, Quba, Siyəzən və Xaçmaz rayonlarında güclü yanğınlar müşahidə edilir.