“Azəriqaz”ın baş direktorundan işğaldan azad edilən ərazilərin qazlaşdırılması ilə bağlı AÇIQLAMA

0
317

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev işğaldan azad edilən ərazilərin qazlaşdırılması prosesindən danışıb.

O qeyd edib ki, hazırda bununla əlaqədar layihələndirmə işləri aparılır:

“Bu ərazilərdəki mövcud qaz xətləri inventarlaşdırılır. Həmçinin ərazidə nə qədər kəmərin olduğu, onların sayı araşdırılır. Proseslərlə əlaqədar xüsusi komissiyalar yaradılıb. Həmçinin, “Azəriqaz”ın da altı nəfər komissiya üzvü burada iştirak edir”.

Qurumun baş direktoru işğaldan azad edilən ərazilərdə qazlaşdırma işlərinə nə vaxt start veriləcəyi haqqında məlumat verərkən isə bildirib ki, bunun üçün kompleks plan mövcud olmalıdır:

“Bu ərazilərin qazla təmin edilməsi üçün ilkin mərhələdə xətt çəkilməlidir və mövcud plan olmalıdır. Hansı ərazidə daha çox sənaye və hansı ərazidə daha çox əhali olacağı müəyyən edilməlidir. Həmçinin, qaza təlabat olmalıdır. Bu planlar olmadan qaz çəkilişini həyata keçirə bilmərik”.