“Azəriqaz” tender keçirir

0
643

SOCAR “Azəriqaz” İstehsalat Birliyi elektrik alət və avadanlıqlara (LOT-1) və fırçalara (LOT-2) olan tələbatını təmin etmək məqsədi ilə tenderin müddətini uzadıb.

Tenderdə iştirak etmək üçün müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi təqdim edilməlidir. Lot-1-də iştirak üçün iddiaçılar 118 manat (ƏDV daxil), Lot-2-də isə 59 manat (ƏDV daxil) ödəməlidirlər.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 27 avqust 2020-ci il 17:30-dək Azərbaycan, İngilis və ya Rus dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanına təqdim olunmalıdır.

Tender təklifinin əsli və iki sürəti 03 sentyabr 2020-ci il 10:30-a qədər satınalan təşkilata təqdim olunmalıdır.

Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla iki ayrı zərfdə təqdim edilməlidir.

Zərflərin üzərində müvafiq olaraq, “MALİYYƏ TƏKLİFİ” və “TEXNİKİ TƏKLİF” sözləri qeyd edilməklə imzalanıb, möhürlənməlidir. İlkin olaraq, texniki təkliflər açılacaq, texniki rəydən uğurla keçmiş iddiaçıların maliyyə təkliflərinə baxılacaq, texniki və maliyyə təklifləri eyni zərfdə təqdim etmiş iddiaçıların təklifləri qəbul edilməyəcək.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.