“Azəriqaz” sədri: “Sayğacların satılması ciddi pozuntudur”

0
118

Yeni tikilən binalarda mənzil-tikinti kompleksləri (MTK) tərəfindən kommunal sayğaclara görə vətəndaşlardan ödəniş tələb olunur. Ödənişin məbləği bir sayğaca görə 300-400 manat civarında dəyişir. Bir sıra hallarda kommunal sayğaclara görə ödənişin edilməsi üçün vətəndaşlara süni maneələr yaradılır.

Məsələ ilə bağlı açıqlama verən “Azəriqaz” İstehsat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, qaz sayğaclarına görə hər hansı ödəniş tələb olunması istehlakçı hüquqlarının pozulmasıdır:

“MTK və vətəndaş arasında bağlanan müqaviləyə görə, bütün kommunal xidmətləri MTK-lar özləri icra etməlidir. Artıq gələn aydan məcbur olub MTK-lara verilən sayğacların üzərinə “sayğac ödənişsizdir” möhürünü vuracağıq. Əvvəllər vətəndaşlar ciddi problemlərlə üz-üzə qalırdılar. Sayğacların kartını MTK-lar özlərində saxlayırdılar. İndiki vəziyyətdə bu halların olmasına yol verilmir. Hal-hazırda qaz açılan binalarda vətəndaşların müraciətləri əsasında heç bir maneə olmadan abonentləri sayğacla təmin edirik”.