“Azəriqaz” İstehsalat Birliyinin istismarında olan strateji obyektlərin, kommunikasiyaların, infrastrukturun, partlayış təhlükəli obyektlərin, rabitə sistemi və şəbəkələrin, qazın nəqlinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün “Azəriqaz” İB-də 7/24 rejimində fəaliyyət göstərən qərargah yaradılıb. Bu barədə qurumda yaradılmış qərargahdan məlumat verilib. Bildirilir ki, qərargahın fəaliyyəti və cəbhə zonasında vəziyyətin nə yerdə olduğu ilə maraqlanmaq üçün “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov Tərtər, Ağdam, Füzuli rayonlarında olublar. Yerlərdə qaz təsərrüfatına dəyən ziyan araşdırılıb və yerli icra orqanları ilə görüşməklə əlaqəli iş rejiminin qurulması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda birliyin rəhbərliyi sakinlərlə də söhbətləşərək, qaz təchizatında yaranmış müvəqqəti çətinliklərin tezliklə aradan qaldırılacağını, növbəti görüşlərin yaxın zamanlarda işğaldan azad olunacaq torpaqlarda baş tutacağına əmin olduqlarını ifadə ediblər.

0
398

Ermənistan silahlı qüvvələri beynəlxalq konvensiyalara əsasən qadağan edilən “klister” adlanan, yəni kasetli bombalardan istifadə edirlər.Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, düşmən bunu “Smerç” tipli raket sistemlərinə daxil edilək Azərbaycanın şəhərlərinə qarşı atır:

“Əmin ola bilərsiz ki, Azərbaycan tərəfi bu kimi hücumların heç birini cavabsız qoymayıb və qoymayacaq da. Düşmənə adekvat cavablar verilir”.