“Azəriqaz”: Gələn ildən smart-kart tipli sayğacların satın-alınması nəzərdə tutulmayıb

0
226

SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə 2022-ci ilin əvvəlindən 600 minədək dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud olub ki, artıq bunların 240 mini yenisi ilə əvəz edilib.

Bunu İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.

“Bu işlər ilin sonuna kimi aparılacaq və növbəti ildə 455 min sayğacın yenisi ilə əvəz olunması nəzərdə tutulur. Bu 240 min çıxarılan sayğacın yerinə 100 min smart-kart tipli sayğaclar, digərlərinin isə sonradan ödənişli, yəni mexaniki tipli qaz sayğacları quraşdırılıb”, – Rövşən Məhyəddinov qeyd edib.

O vurğulayıb ki, gələn ildən smart-kart tipli sayğacların satın-alınması nəzərdə tutulmayıb, artıq ağıllı sayğacların quraşdırılması planlaşdırılıb.