
2021-ci ilin dekabr ayında “Azəriqaz” İB-nin 2 400 000-ci abonenti qeydiyyata alınıb.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, bu, ilin sonuna təsadüf etdiyi üçün tədbiri həyata keçirmək mümkün olmayıb, lakin növbəti həftə abonent ilə görüş keçiriləcək:
“Həmin abonentə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xüsusi hədiyyə təqdim olunacaq. Beləliklə, bu günə olan ümumi abonentlərimizin sayı 2 442 030 nəfərdir. 2021-ci ildə 83 330 yeni abonent qeydiyyata alınıb. Onlardan 80 567-si əhali, 2 763 qeyri-əhali, sənaye üzrə qeydə alınıb”.