Azərbaycanlılara qarşı diskriminasiya ilə bağlı İSTİNTAQ BAŞLADI

0
469

Dövlət Təhlükəsizlik Xidməti etnik gürcü və azərbaycanlılar arasında diskriminasiya, milli düşmənçilik və nifaq salmaq ittihamı ilə istintaq başladıb.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Gürcüstanda müxtəlif qruplar Kvemo-Kartli və Kaxeti bölgəsində etnik zəmində gürcü və azərbaycanlı əhali arasında nifaq salmaqla məşğuldurlar.

“Sözügedən şəxslər, neqativ konteksdə illər ərzində yığılmış bəzi məsələləri qeyri-düzgün, sanki vətənpərvərlik motivasiyası ilə səsləndirərək, hər hansı bir etnik qrupa planlı şəkildə çağırışlar edirlər, hansı ki, ölkədə etnik azərbaycanlıların yaşadıqları ərazilərdə, etnik gürcü əhali ilə onların birlikdə yaşamalarına aşkarcasına təhlükə ərz edir.

Qeyd edilən şəxslər, konkret məsələlərdə dövlətin və hakimiyyətin kompedensiyasına daxil olan məslələrə qarışaraq, problemləri milli düşmənçilik yaratmağa cəhd edirlər.

Qruplar, qeyd edilən istiqamətdə qeyri-düzgün və aqressiv çağırışlar yayaraq, regionda gürcü və azərbaycanlı Gürcüstan vətəndaşları arasında nifaq salmağa cəhd edirlər. Həmin qruplar ümid edirlər ki, etnik kimliyə görə, insanların hüquqlarının qanunsuz şəkildə pozulması həyata keçəcək.

Həmin qruplar, öz bəyanatları və idologiyaları ilə vəziyyəti elə bir şəkildə göstərmək istəyirlər ki, sanki etnik gürcü əhalinin Gürcüstanın digər etnik azlıq olan vətəndaşları ilə müqayisədə üstünlükləri var, hansı ki, milli münaqişənin yaranma riskini daha da artırır”, – deyə açıqlamada qeyd olunur.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidməti bununla bağlı, Gürcüstanın Cinayət Məcəlləsinin 1421-e bəndinin 3-cü hissəsinin „a“ alt bəndinə əsasən cinayət işi açıb, hansı ki, dörd ildən yeddi ilədək müddətində azadlıqdan məhrum etmə nəzərdə tutulur.