Ötən il Rusiyanın Ulyanovsk vilayətindən qanunsuz yaşayan azərbaycanlılar deportasiya olunub.
Ərazidən çıxarılan qanunsuz miqrantların arasında azərbaycanlılar da olub.
Ümumi sayı 68 olan əcnəbilərin Azərbaycan, Özbəkistan, Tacikistan, Moldova, Gürcüstan, Vyetnam və Misir vətəndaşları olduğu bildirilir.
“Onlar hamısı Rusiya Federasiyasına giriş qaydalarını, burada müvəqqəti qalma və ya yaşama qaydalarını pozanlar idi. Bəziləri ölkəmizdə qeyri-qanuni əmək fəaliyyəti ilə məşğuldurlar”, – deyə məhkəmə icraçıları açıqlayıb.