Dünən ABŞ Dövlət Departamenti azərbaycanlı vəkil Şəhla Hümbətovanın “Cəsarətli qadınlar” illik mükafatının (IWOC) on iki qalibindən biri olduğunu elan edib.
Ona mükafatını ABŞ Dövlət katibi Mayk Pompeo təqdim edib və ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp onu təbrik edib.
Qeyd edək ki, mükafat 2007-ci ildən təqdim edilir. Mükafat bütün dünyada sülh, ədalət, insan hüquqları, gender bərabərliyi, qadınların hüquq və imkanlarının artırılması uğrunda mübarizədə çox vaxt risk və təhlükəyə məruz qalaraq müstəsna cəsarət və liderlik nümayiş etdirən qadınlara verilir.
Şəhla Hümbətova 2013-cü ildən vəkil kimi çalışır.