Azərbaycanlı rejissorun filmi ilk dəfə ABŞ və Avropada nümayiş olunacaq

0
747

Azərbaycanlı rejissorun filmi ilk dəfə Amerika və Avropada nünmayiş olunacaq. “Qiyamət təcrübəsi” adlı film azərbaycanın gənc rejissor və ssenarist Rek Rəvan tərəfindən lentə alınıb. Film 12 iyulda Türkiyədə, Sentyabr ayında isə Amerika Birləşmiş Ştatlarında nümayiş olunacaq. Ekran işinin Azərbaycan və Avropa nümayişinə gəlincə isə bu, noyabr ayına planlaşdırılır.

Filmin yayımlanması ilə bağlı Rusiya, Gürcüstan, İrandan da təkliflər gəldiyini deyən rejissor Rek Rəvan bu təkliflər ətrafinda müzakirələr getdiyini bildirib. .

Türkiyədə nümayiş tarixinə 2 həftə qalmış böyük reklam-piar kompaniyasına start veriləcək. ABŞ-da isə filmin 100 mindən çox CD-si satışa çıxarılacaq. Azərbaycan, Türkiyə və ABŞ birgə istehsalı olan filmin yayımı üçün dünyanın iri şirkətləri olan Netflix və Amazon ilə danışıqlar aparılır. Qeyd edək ki, Qorxu janrında olan film “BDAmerika” film şirkəti, “Aporia”, “Can Media”, “Sultansoyyapım”, “DFGS yapım”, “Rekfilm” tərəfindən lentə alınıb.