
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Məhəmmədəli Ələkbərov 66 yaşında dünyasını dəyişib.
Bu barədə rəssamın həmkarı Ziyadxan Əliyev sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, 3 Mart 1954-cü ildə Babək rayonunun Qahab kəndində dünyaya gələn rəssam Məhəmmədəli Ələkbərov “Əzimzadə məktəbi”ndə (1971-1977) rəngkarlıq, sonra isə Stroqonov adına Moskva Ali bədii-sənaye məktəbində (1980-1985) keramika üzrə ixtisas təhsili alıb. 1977-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısı olub. Bu vaxta qədər 30-a fərdi sərgisi keçirilib.
Allah rəhmət eləsin.