“O səs Türkiyə”nin dünənki buraxlışında yenidən Azərbaycan rüzgarı əsib.
Bakıdan sözügedən yarışa qatılan Günay Bəylərqızı adlı xanım iştirakçı ifası ilə nəyinki dörd münsifi, eyni zamanda tamaşaçıları da heyran edib.
Günayın ilk saniyələrdən münsifləri bir nəfər kimi özünə döndərməyi bacardığı “Saçlarını yol gətir” adlı ifasını tamaşaçılar yenidən dinləmək istəyiblər. Layihənin rəhbəri və aparıcısı Acun Ilıcalı tamaşaçıların istəyinə mübət reaksiya verib və Günay ifasını yenidən səsləndirib.
Seçim arasında qalan azərbaycanlı iştirakçı Murat Bozun komandasına olmaq istədiyini bildirib.
Qeyd edək ki, münsiflər arasında şoumen Bəyaz, Hadisə, Murat Boz və Seda Sayan yer alıb.