“Virusun lipid qatını əridən turş yeməklərdir: limon, avokado, sarımsaq, ananas, kivi, portağal. İmmuniteti virusa qarşı möhkətlətmək üçün tövsiyyə etdiyim məhsullarla qidalanmaq sizi və ailənizi nəinki koronavirusdan, bir çox xəstəliklərdən qorumuş olar”.
Almaniya “Beynəlxalq Humanitar Tibbi Yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR Humanitar Tibb Cəmiyyətinin sədri, hazırda Almaniyada çalışan professor Ağabəy Azərbaycaninin koronavirusa qarşı qida tövsiyələrini təqdim edirik.
Professorun antivirus qidalar onluğuna bunlar daxildir:
– Papaya – zəngin vitamin mənbəyidir. Günlük C vitamini dozası bu meyvədə yetərli qədərdir. Bakıda da axtarsaz, tapa bilərsiz. Əzələ kütləsini artırır. Tərkibində A, B vitaminləri, fol turşusu var.
– Sarımsaq, soğan – soyuqdəymə, iltihab, viruslu xəstəliklər zamanı xolesterolu, təzyiqi normallaşdırır, parazitləri öldürür.
– Yaşıl çay – flavonoidlərlə zəngindir. Bu içkiyə Epigallocoachin gallete BUNA (AGCG) deyirlər. Çox güclü antioksidantdır.
Mən özüm qara çay içmirəm. Çünki o zərərlidir, immuniteti zəiflədir. Yaşıl çay nə fermentləşir, nə də oksidləşir. Nəticədə immuniteti qaldırır. Ltiamin isə mədə və mədəaltı vəzidə somatoestatinin hasilinə (ifrazina) kömək edir. Beləcə mədəaltı vəzidən qaynaqlanan insulin hasilini tənzimləyir.
– Brokkoli – kələm ailəsindəndir. Çoxlu vitamin və mineralı var. Bütün xəstəliklərlə, hətta xərçənglə mübarizə aparır. Gərək brokolini ya çiy, ya da bir az isti suda pörtlədib yeyəsiniz. Sərbəst radikalları zərərsizləşdirir. Ağciyərlərdəki, döş qəfəsindəki infeksiyanı aradan qaldırır, damarların təmizlənməsinə kömək edir. Kollagen yaradır, sümüklərimiz, dərimiz üçün vacib bitkidir.
– Zəncəfil – iltihab əleyhinə təsir edir. Badamcıqların iltihabını, sümük, boğaz ağrılarını azaldır. Qusmaya, ürəkbulanmaya qarşı təsirlidir. Toksinləri çıxarır. Xolesterolu salır, immuniteti qaldırır. Viruslara qarşı davamlı təsiri var.
– İspanaq – kalsium, maqnezium, dəmir, A vitamini, beta karotinlə zəngindir. İltihab əleyhinədir, immun sistemi artırır, təzyiqi sala bilir. Salatlarda çiy halda yeyilməlidir. Küküdə isə çox az odda, xəfif bişirilməlidir.
– Sitrus meyvələr – malyariyada, virus xəstəliklərində orqanizmə kömək edirlər. Oksedativ stresi aradan qaldırırlar.
– Qırmızı bolqar bibər – ən xeyirli bibərdir. Portağaldan 2 dəfə çox vitamin C var. Həmçinin ağciyərlər üçün faydalı beta karotin var. Xərçənglə mübarizə aparır.
– Alma – fərqi yoxdur yaşıl, qırmızı. Onlarda olan pektin mədə-bağırsağa probiotik təsir göstərir. Bilirsiniz ki, bağırsaqlarımızda 80 milyard faydalı bakteriya var. Onları çoxaltmaq lazımdır. İmmuniteti də onlar qaldırır. Hər kəs axşam bir ədəd alma yesə, mədə-bağırsağa çox kömək edir.
– Ən gözəl yeməklərdən biri çox enerji verən tutlardır. Xar tut, qırmızı tut, ağ tut – zəngin vitamin mənbəyidirlər. Tərkibində C vitamini bol olduğundan antioksidant təsir gücü var. Diabet xəstələri də istifadə edə bilər, şəkəri çox deyil. Soyuqdəyməyə, iltihaba xeyirlidir.
– Sarıkök – anti iltihabi tərəvəzdir. Amma keyfiyyətli sarıkök qara istiotla bir yerdə qəbul olunmalıdır. Bu təsiri 17 qat artırır.
– Hər gecə bir qaşıq alma sirkəsi suda həll edib, içə bilərsiz. Mədə-bağırsağa yaxşı təsir edir. Virusa bir o qədər yox.