Azərbaycanlı maliyyə mütəxəssisi Hüseyn Əliyev ABŞ-ın “Morqan Stenli” bankında rəhbər vəzifəyə təyin olunub.
O, nüfuzlu investisiya bankı olan və nümayəndəliyi Almaniyanın Frankfurt şəhərində yerləşən “Morqan Stenli”də likvidliyə nəzarət üzrə direktor təyin olunub.
Onu da bildirək ki, Huseyn Əliyev daha əvvəl ABŞ-ın “Qoldman Saks” bankının nümayəndəliyində xəzinə likvidliyi üzrə baş mütəxəssis vəzifəsində işləyib.
Qeyd edək ki, “Morqan Stenli” mərkəzi ABŞ-ın Nyu-York şəhərində yerləşən investisiya bankıdır.