Azərbaycanlı milyarder Rus Kilsəsinin ordenlərinə layiq görüldü…-FOTO

0
311

Ən varlı azərbaycanlı sayılan “Lukoyl” prezidenti Vahid  Ələkbərov Rus Pravoslav Kilsəsinin yüksək mükafatına – I dərəcəli Müqəddəs Sergiy Radonejsk ordeni ilə təltif edilib.
Bununla Kilsə sahibkarın “Lukoyl”n mövcud olduğu yerlərdə Pravoslav infrastrukturunun inkişafına verdiyi töhfəni qeyd edib.
Mükafat V.Ələkbərova “Lukoyl” xeyriyyə fondu sayəsində Kogalımda tikilən Müqəddəs Şəhid Tatyana kilsəsini iki il öncə şəxsən təqdis edən Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill tərəfindən təqdim edilib. Eyni zamanda patriarx sahibkara üçüncü dərəcəli Şöhrət və Şərəf ordenini təqdim edib.  Rusiya dini lideri qeyd edib ki, Rusiya Federasiyasında  RSK-non bu ən yüksək ordeninə layiq görülən  çox az şəxs var.

V.Ələkbərov həm pravoslav, həm də müsəlman kilsələrin inşasına və təmirinə yardım göstərir  və dini icmalara dəstək verir.

Bir neçə il öncə “Lukoyl” prezidenti Koqalım Cümə Məscidinə XII əsrin Quran nüsxəsini hədiyyə edib, bundan öncə isə həmin məbədin yenidən qurulması üçün 16 milyon rubl verib.