Azərbaycanlı kriminal avtoritetlərin Gürcüstanda məhkəməsi oldu – QƏRAR

0
789
Gürcüstanın Rustavi şəhər məhkəməsində ötən həftə ərzində saxlanılan 10 kriminal avtoritetin işi üzrə məhkəmə iclası keçirilib.
Məhkəmə saxlanılan şəxslərin həbsdən azad edilməsi ilə bağlı vəkillərin vəsatətini təmin etməyib. Məhkəmə profilaktik tədbir kimi onların həbsdə saxlanılmasına qərar verib.
Qeyd edək ki, Gürcüstanda azərbaycanlıların da daxil olduğu 10 kriminal avtoritet saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis departamentinin rəhbəri Mamuka Çelidze keçirdiyi brifinqində məlumat verib. O, bildirib ki, saxlanılan şəxslərdən biri Qırmızı Körpü sərhəd keçid məntəqəsindən Azərbaycana daxil olmaq istəyərkən həbs edilib.
Saxlanılanların qanuni oğrularla əlaqələrinin olduğu, azərbaycanlıların kompakt yaşadığı Marneuli və Dmanisi, həmçinin Batumi, Mestia, Rustavi və Tbilisidə hədə-qorxu və şantajla vətəndaşların pullarını mənimsədikləri bildirilir. Onlardan dördü kriminal aləmlə əlaqəsi olduğunu etiraf edib.