Rusiyanın Sankt-Peterburq şəhərində iki gənc qız bıçaqlanıb.
Çoxsaylı bıçaq zərbələri alan qızlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Sağ qalan qızın anasının sözlərinə görə, cinayəti qızın azərbaycanlı keçmiş sevgilisi törədib. Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Onun cinayəti qısqanclıq zəminində törətdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.