Azərbaycanlı idmançı iki erməni atletini qabaqlayaraq qızıl medal qazandı – FOTO

0
323

Rusiyanın paytaxtı Moskvada ağırlıqqaldırma üzrə keçirilən Avropa çempionatında azərbaycanlı idmançı Dadaş Dadaşbəyli kiçik qızıl medal qazanıb.

102 kq çəki dərəcəsində mübarizə aparan D.Dadaşbəyli A qrupunda birdənqaldırma hərəkətində uğurlu çıxış edib. O, ardıcıl üç ağırlığın öhdəsindən gələrək 170, 174 və 177 kq çəkini başı üzərinə qaldırıb.

Bu nəticə ilə qızıl medal qazanan Dadaş Ermənistan təmsilçiləri ikinci yeri tutan Samvel Qasparyanı və dördüncü olan Arsen Martirosyanı qabaqlayıb.

Qeyd edək ki, az sonra Dadaş Dadaşbəyli təkanla qaldırmada gücünü sınayacaq.