Azərbaycanlı hakimlər bu ay Lüksemburq və Qazaxıstana səfər edəcək

0
610

Azərbaycanlı FIFA referiləri Rəhim Həsənov və Rauf Cabbarov beynəlxalq oyunlara təyinat alıb.

Hər iki referi UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyunlarda iş başında olacaq.

R.Həsənovun başçılıq etdiyi briqada Lüksemburqa, Rauf Cabbarovunku Qazaxıstana səfər edəcək.

FIFA referilərimizin təyinat aldıqları beynəlxalq oyunları diqqətinizə çatdırırıq:

26 avqust. Avropa Liqasının I təsnifat mərhələsi

“Proqres“ (Lüksemburq) – “Zeta“ (Monteneqro)

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Pərvin Talıbov

Dördüncü hakim: Elçin Məsiyev

 

27 avqust. Avropa Liqasının I təsnifat mərhələsi

“Ordabası“ (Qazaxıstan) – “Botoşani“ (Rumıniya)

Baş hakim: Rauf Cabbarov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Elşad Abdullayev

Dördüncü hakim: Kamal Umudlu