Azərbaycanlı həkim daha bir uğura imza atdı

0
497

Azərbaycanın Bariatrik Metabolik Cərrahiyyisənin Laparoskopik bariatrik cərrahiyyə əməliyyatının yeni modifikasiyası da möhtəşəm uğurlarında daha biri – “Aşırı piylənməsi olan xəstələrdə Bariatrik – Metabolik cərrahi müalicənin optimallaşdırılması” adlı layihə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (World Intellectual Property Organization, WIPO) tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilərək Dünya dövlətlərinin sırasına daxil edildi. 

Azərbaycanlı həkim – cərrah, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, laparoskopik-bariatrik cərrah Taryel Ömərov və komandası daha bir uğura imza atıb.

Belə ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatıdır. Mərkəzi qərargahı Cenevrə şəhərində yerləşən bu qurum əqli mülkiyyət sahəsində ən önəmli beynəlxalq konvensiyaların idarəçiliyi ilə məşğuldur.

Hazırda 193 ölkə WIPO-nun üzvüdür. Azərbaycan isə 1995-ci ildən bu təşkilatın üzvüdür.

Xatırladaq ki, indiyədək dünyanın bir çox nəşrlərində 2013-2017-ci illərdə hazırladığımız bu metod barədə elmi məqalələr dərc olunub. 2017-ci ildə bu təşkilata ölkəmizdə belə bir metodun  tətbiq olunması ilə bağlı müraciət olunub və 1 il ərzində WIPO tərəfindən aparılan araşdırmalardan sonra 2018-ci ildə bu yeni modifikasiya təşkilatın mərkəzi olan Cenevrə ofisinin rəsmiləri tərəfindən qəbul olunub və adı çəkilən təşkilatın saytında dərc olunub.

Bu metodun tətbiq olunması ilə ölkəmizdə də son illərdə çəkisi 170kq – 247kq arasında olan çox sayda pasiyent sahib olduqları çəkilərinin yarısından çoxunu itirərək daimi sağlamlıqlarına qovuşublar. 

Artıq Azərbaycan cərrahiyyəsi də WİPO sıralarında təmsil olunur. 

Qeyd edək ki, bu sahədə qazanılan uğurda Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin rəhbər heyətinin və Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının bütün kollektivinin zəhməti var.