Türkiyənin 81 şəhərində və dünyanın bir neçə ölkəsində yaşayan azərbaycanlı gənclər 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı videoçarx hazırlayıblar.
Anım videosu İstanbulda olan Azərbaycan sevdalısı tələbələrin toplaşdığı “Azərbaycan-Türkiyə Kardeşlik və Dayanışma Topluluğu”nun təşəbbüsü ilə hazırlanıb. Videoçarxda Sovet Ordusunun 1990-cı il 20 Yanvar günü Bakıda törətdiyi qətliyam nəticəsində həyatını itirən 147 nəfər Türkiyənin 81 şəhərində və dünyanın
20-dən çox ölkəsində anılıb. Faciə qurbanlarının xatirəsinə həsr olunan videoçarxda azərbaycanlı tələbələrlə yanaşı, İndoneziya, İran, İspaniya, Belarus, Polşa, Hollandiya, İtaliya, İsveç, Kipr, Fransa, ABŞ, Portiqaliya və bir çox ölkələrdən olan xarici tələbələrdə yer alıb.