Azərbaycanlı gənc ABŞ-da avtomobildə ölü tapıldı

0
369

Həmyerlimiz Amerika Birləşmiş Ştatlarında avtomobilində ölü tapılıb.

Hadisə Şimali Karolina ştatında qeydə alınıb.

Seymur Hüseynov adlı azərbaycanlı gənc ötən gün şəxsi avtomobilində ölü vəziyyətdə aşkarlanıb.

Dünyasını dəyişən şəxsin yaxınlarının sözlərinə görə, S.Hüseynov hələ də Azərbaycan vətəndaşı olub və “Green Card” vasitəsi ilə Amerikaya köçüb.

Artıq hadisə ilə bağlı Azərbaycanın Amerikadakı səfirliyi ilə əlaqə saxlanılıb.

Yaxın günlərdə S.Hüseynovun nəşi ölkəyə gətiriləcək.