Azərbaycanlı diplomata ağır itki

0
653

Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqova ağır itki üz verib.

Səfirin anası Xalidə Sadıqova vəfat edib. Mərhum xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, V.Sadıqov uzun illərdir diplomat kimi fəaliyyət göstərir. O, 6 il müddətində (2004-2010-cu illər) xarici işlər nazirinin müavini vəzifəsini də icra edib.