Azərbaycanlı boksçu dünya çempionatında ilk görüşünü erməni ilə keçirəcək

0
339

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyinə start verilib.

Mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

56 kq çəki dərəcəsində mübarizə aparan Əzrək Bəbirov 1/16 final mərhələsi çərçivəsində Məqsəd Yusifovla (Qırğızıstan) qarşılaşıb. Boksçumuz rəqibinə 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/8 finalda ilk mərhələdən azad olan tailandlı Panuvat Çunjan-Atla üz-üzə gələcək. Bu qarşılaşma aprelin 17-də baş tutacaq.

Bu gün isə iki boksçumuz debüt edəcək. 52 kq-da yeniyetmələr üzrə Avropa çempionumuz Əli Zamanov Ermənistan təmsilçisi Ruben Qarboyanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 91 kq-da Əsəd Baxışov dünya çempionatında ilk qarşılaşmasını Ramazan Dadayevə (Rusiya) qarşı keçirəcək. Bu görüş saat 18:15-ə təsadüf edəcək.

Qeyd edək ki, yığmamız 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyində doqquz idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.