Azərbaycanlı “Altın Qurd” rinqə qayıdır: Türkiyədə iki döyüş keçirəcək – FOTO

0
367

“Altın Qurd” ləqəbli kikboksçumuz, dünya çempionu Bəhram Rəcəbzadə uzun müddətdən sonra rinqə qayıdır.

İdmançının verdiyi məlumata görə, iyunun 17-də Türkiyənin Antalya şəhərində onun rəqibi Mərakeş idmançısı Məhəmməd Amin olacaq.

Görüş peşəkar kikboksinqin K-1 versiyası üzrə keçiriləcək. Bu görüşü Türkiyənin “Show TV” və “TV 8,5” telekanalları canlı göstərəcək.

Bundan sonra Bəhram Rəcəbzadə daha bir görüş keçirəcək. O, vaxtı ilə Zabit Səmədovun yarışdığı İstanbuldakı Akın Döyüş Arenasında yerli idmançı Mehmet Özərlə qarşılaşacaq. Bu döyüş iyunun 26-da baş tutacaq.

Qeyd edək ki, Bəhram Rəcəbzadə son döyüşünü 2019-cu ilin oktyabrın 12-də Almaniyanın Düsseldorf şəhərində keçirib. “Glory 69” turniri çərçivəsində keçirilən görüşdə Rəcəbzadə Litva təmsilçisi Sergey Masloboyevə uduzub.