Azərbaycanlı alimlər Rusiyada böyük uğur qazanıblar

0
497

Elmar Musayev Rusiya Elmlər Akademiyasının fiziologiya elmləri bölməsinin, Zahid Qocayev isə kənd-təsərrüfatı elmləri bölməsinin müxbir üzvü seçilib.Rusiyada iki azərbaycanlı bu ölkənin Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Sözügedən azərbaycanlı alimlər Musayev Elmar Rasim oğlu və Qocayev Zahid Adıgözəl oğludur.

Elmar Musayev Rusiya Elmlər Akademiyasının fiziologiya elmləri bölməsinin (patofiziologiya), Zahid Qocayev isə kənd-təsərrüfatı elmləri bölməsinin (kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi və avtomatlaşdırılması) müxbir üzvü seçilib.

Qeyd edək ki, Elmar Musayev onkologiya üzrə Rusiyanın tanınmış mütəxəssislərindən sayılır.