Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır – İlham Əliyev

0
66

Həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin artması ölkələrimizin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyət göstərdiyini nümayiş etdirir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Rusiya lideri Vladimir Putinlə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, milli valyutalarda qarşılıqlı hesablaşmalar artır:

“Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxındır. Beləliklə, Sizinlə bir neçə il əvvəl danışdıqlarımız artıq uğurla həyata keçirilir”.