Azərbaycanla Ermənistan razılaşıb: Sülh müqaviləsi ilin sonuna qədər bağlana bilər – Simonyan

0
419

İlin sonuna qədər İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması ehtimalı az da olsa var.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Milli Assambleyada jurnalistlərlə söhbətində deyib .

“Ümid edirik ki, sülh müqaviləsi imzalanacaq, çünki baş nazirin artıq qeyd etdiyi üç əsas prinsip üzrə razılıq əldə olunub”, – Simonyan bildirib.

O cümlədən, birinci prinsipdə göstərilir ki, Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kvadrat km ərazi çərçivəsində bir-birinin ərazi bütövlüyünü tanıyır.

İkinci prinsip ondan ibarətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası 1974-1990-cı illərin sovet xəritələri əsasında 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun aparılmalıdır. Ermənistan və Azərbaycanın bir-birinə qarşı heç bir ərazi iddiası yoxdur və gələcəkdə heç bir iddia irəli sürməyəcəklər.

Üçüncü prinsip, keçdikləri ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində regional kommunikasiyaların blokdan çıxarılmasına aiddir.