Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

0
411

Azərbaycanın 2020-ci ilin yanvar-iyul aylarında xarici ticarәt dövriyyәsi 13 milyard 777,6 milyon dollar, o cümlәdәn ixracın dәyәri 7 milyard 876,8 milyon dollar, idxalın dәyәri 5 milyard 900,8 milyon dollar tәşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, idxal-ixrac əməliyyatları nəticəsində 1 milyard 976 milyon dollarlıq müsbәt ticarәt saldosu yaranıb.

2019-cu ilin yanvar-iyul ayları ilә müqayisәdә xarici ticarәt dövriyyәsi faktiki qiymәtlәrlә 30,9 faiz, real ifadәdә 22,5 faiz, o cümlәdәn idxal 43,4 faiz, ixrac isә 7,1 faiz azalıb.

2020-ci ilin yanvar-iyul aylarında Azәrbaycan Respublikasının hüquqi vә fiziki şәxslәri dünyanın 172 ölkәsindәki tәrәfdaşları ilә ticarәt әmәliyyatları hәyata keçiriblər. Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata əsasən, 102 ölkәyә mәhsul ixrac olunub, 160 ölkәdәn idxal edilib.

Xarici ticarәt dövriyyәsinin 87,6 faizi İtaliya, Türkiyә, Rusiya, Çin, Ukrayna, ABŞ, Hindistan, Almaniya, İsrail, Xorvatiya, Yunanıstan, Gürcüstan, İspaniya, Çexiya, Birlәşmiş Krallıq, İran, Tunis, Vyetnam, İsveçrә, Fransa ilә aparılmış ticarәt әmәliyyatlarının payına düşüb.