Azərbaycanın xaricdə ən çox tələb olunan ərzaq məhsulları hansılardır? – SİYAHI

0
338

Azərbaycanın ixrac etdiyi əsas neft-qaz sektoruna daxil olmayan məhsulların həcmi və dəyəri barədə məlumat verilib.

Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, əsas ixrac məhsullarında meyvə-tərəvəzin payı yüksək olub.

2021-ci ilin doqquz ayı ərzində ölkəmizdən xaricə 422 614,02 ton çəkidə və 398 891 380 dollar dəyərində meyvə-tərəvəz satışı baş tutub. 2020-ci ilin eyni dövrü ilə müqayisədə (illik müqayisə) ixrac həcmi 6,4 faiz artsa da, bu məhsulun satışından əldə edilən gəlir 0,8 faiz azalıb. İxrac edilən əsas meyvə-tərəvəz məhsulları aşağıdakılar olub:

Kartof – 39 855 520 dollar dəyərində 91 834,7 ton çəkidə;   

Tomat – 128 242 590 dollar dəyərində (23,6 faiz az) 119 138,1 ton çəkidə (30,1 faiz az);

Meşə fındığı – 57 232 930 dollar dəyərində (17,3 faiz az) dəyərində 9 887,9 ton çəkidə (13,3 faiz az);

Alma – 23 026 320 dollar dəyərində (45,8 faiz çox) 44 104,7 ton çəkidə (17,3 faiz çox);

Xurma – 34 078 400 dollar dəyərində (2,2 dəfə çox) 45 334,3 ton çəkidə (2,3 dəfə çox);

Nar – 7 053 160 dollar dəyərində 4 683 ton çəkidə.

Digər ixrac edilən əsas ərzaq məhsulları arasında aşağıdakılar var:

Çay – 6 132 300 dollar dəyərində (8,6 faiz az), 808,6 ton çəkidə (17,5 faiz az);

Bitki və heyvan mənşəli piylər və yağlar – 21 709 530 dollar dəyərində (25,4 faiz çox), 15 923,3 ton çəkidə (10,3 faiz az);

Şəkər – 26 057 080 dollar dəyərində (2,1 dəfə çox) 49 625,1 ton çəkidə (69,5 dəfə çox);

Tərəvəz və meyvələrin emal məhsulları – 17 369 470 dollar dəyərində 15 023,5 ton çəkidə;

Alkoqollu və alkoqolsuz içkilər və sirkə – 10 575 020 dollar dəyərində ixrac baş tutub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çoxdur.