Azərbaycanın Xalq artisti vəfat etdi

0
386
 Azərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı vəfat edib.

Bu barədə aktyorun sənət yoldaşları sosial şəbəkələrdə məlumat yayıblar. Bildirilib ki, Xalq artisti bu gün 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 29 oktyabr 1941-ci ildə Bakının Suraxanı qəsəbəsində anadan olub. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.