Azərbaycanın ümumi qaz ixracında Türkiyə bazarının payı 79 faiz təşkil edib

0
626

SOCAR Türkiyədəki törəməsinin nəzdində fəaliyyət göstərən “Petkim” 2019-cu ildə ümumilikdə 3,4 milyon ton həcmində məhsul istehsal etməklə rekorda imza atıb.

Bu barədə Dövlət Neft Şirkətinin “Davamlı İnkişaf – 2019” hesabatında məlumat verilib.

Bildirilib ki, 2020-ci ildə bu uğurlu dinamikanın davam etdirilməsi, “Petkim”də fəaliyyətin rəqəmsallaşdırılması və zavodların modernləşdirilməsinin davam etdiriləcəyi planlaşdırılır. Ötən il Türkiyədə yerləşən “Petkim” neft-kimya kompleksinə 120 milyon ABŞ dolları investisiya qoyulub. Bu investisiyalar kompleksin işində müsbət əks olunub və əlavə gəlir gətirib.

Qeyd edilib ki, cari ildə Azərbaycandan Türkiyə bazarına ümumilikdə 9,2 milyard kub metr, o cümlədən, Cənub Qaz Dəhlizi və TANAP vasitəsi ilə 2,8 milyard kub metr təbii qaz çatdırılıb.

Beləliklə, Azərbaycanın ümumi qaz ixracında Türkiyə bazarının payı 79 faiz təşkil edib.