Azərbaycanın taekvondo üzrə iki hakimi beynəlxalq turnirdə “ən yaxşı hakim” seçilib

0
761

Azərbaycanın taekvondo üzrə yarışları idarə edən hakimləri beynəlxalq yarışda uğur qazanıblar.

AZƏRTAC xəbər verir ki, iyunun 8-9-da Avstriyanın İnnsbruk şəhərində keçirilmiş taekvondo üzrə “Austria Open” G1 dərəcəli beynəlxalq turnirdə döyüşləri idarə edənlər arasında iki ədalət təmsilçimiz növbəti dəfə yarışın “ən yaxşı hakimi” adına layiq görülüb.

Belə ki, Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Elşən Quliyev, eləcə də Elşad Məmmədov, Coşqun Nadirov, Aygül Abdullayeva və Nigar Hacıyevanın iştirak etdiyi yarışda hakimlərimizdən Elşad Məmmədov və Nigar Hacıyeva idarə etdikləri döyüşlərdə verdikləri düzgün qərarları ilə bu titula yiyələniblər.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlərimiz əvvəllər də Almaniya və digər ölkələrdə keçirilmiş müxtəlif yarışlarda Azərbaycanı yüksək səviyyədə təmsil edərək ən ədalətli hakim seçiliblər.