Azərbaycanın taekvondo millisi İsveçdə doqquz medal qazandı – FOTO

0
403

İsveçin Helsinqborq şəhərində keçirilən taekvondo üzrə açıq çempionatda milli komandamız doqquz medal qazanıb.
Bunlar altı qızıl, iki gümüş və bir bürünc medaldır. Belə ki, Bəhruz Quluzadə -54 kq), Həşim Məhəmmədov (-58 kq), Cavad Ağayev (-68 kq), Ayxan Tağızadə (-74 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (-53 kq) birinci olub.

Fəridə Əzizova (-67 kq) və Taleh Süleymanov (-87 kq) ikinci yeri tutub.

Ramin Əzizov (- 87 kq) isə bürünc medal qazanıb.