Azərbaycanın Raket və Artilleriya Qoşunları əməliyyat təliminin tapşırıqlarını icra edir – VİDEO

0
378

 

Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən əməliyyat təlimi davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin niyyətinə uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.